Scrum Master
 
JOB TITLE: Scrum Master
EMPLOYER: eManat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-28 LAST UPDATED: N/A DEADLINE: 2021-10-28

Scrum Master

Namizədə qoyulan tələblər:

• Ali təhsil (Tətbiqi riyaziyyat və kibernetika / İnformasiya texnologiyaları sahəsi və magistr təhsili üstünlükdür)
• Sahə üzrə 1-3 il iş təcrübəsi
• Scrum biliklərinin olması və Scrum alətlərini istifadə edilməsi mütləqdir
• PSM sertifikatının olması
• Scrum alətlərini bilmək
• Microsoft Office (Excel, Visio, PowerPoint, Word), Power BI
• Task Management tətbiqlərini bilmək (Jira, trello və s.)
• Wireframe, mockup, prototyping alətlərini istifadə etmək bacarığı
• Güclü analitik və problem həll etmə bacarıqları
• Müsbət münasibəti qoruyaraq müştəri xidməti göstərərək təzyiq altında işləməli və son tarixlərə cavab verməlidir
• Mükəmməl şifahi və yazılı (İngilis və Azərbaycan dili) ünsiyyət, təqdimat və prioritetləşdirmə bacarıqları

Vəzifə öhdəlikləri:

• Ümumi layihə üçün scope-un təyin edilməsi
• Kommunikasiya planı, assumptionrisk planı kimi sənədlərin hazırlanması;
• Günlük, həftəlik və aylıq inteqrasiya hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Development qrupunun işinin monitorinqi, görülmüş işlərin hər bir üzv üzrə hesabatı;
• İnteqrasiya zamanı yaranmış suallara cavab tapmaq, maneələrin həlli üçün müvafiq tərəflərin iştirakı ilə müzakirələrin təşkili;
• Biznesin İnkişafı şöbəsinin və Məhsul Sahibinin iştirakı ilə məhsul backlog-unu sazlamaq üçün görüşlərin təşkil edilməsi və sənədləşdirilməsi;
• Məhsul Backlog refinement görüşlərinin təşkili və tapşırıqların Sprint-dən öncə qiymətləndirilməsi
• Sprint Planlama görüşünün təşkili və görüşün effectiv keçirilməsi üçün düzgün sualların hazırlanması, zəruri sənədlərin hazırlanması (issue log, görüş protokolu və s.);
• Sprint Retrospective görüşlərinin təşkili və sprint əsnasında komandanın qarşılaşdığı maneələrin sənədləşdirilməsi (lessons learned register), prosesin inkişafı üçün təkliflərin qeydə alınması;
• Günlük stand-up görüşlərinin keçirilməsi zamanı komandanın qarşısına çıxan çətinliklərin sənədləşdirilməsi və görüş sonrası müvafiq tərəflərlə müzakirəsi;
• Scrum transformasiya zamanı təlimatların hazırlanması, komanda üzvlərinə günlük təlimlərin təşkili;
• Ümumi prosesin effektiv inkişafı üçün komandanın işinin Scope Management Plan, Communication Managent Plan, Assumption və Risk Register Documents, Change Request Document, Resource Management Plan sənədlərlə monitorinqinin olunması.

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Scrum Master” yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP