Ofis menecer
 
JOB TITLE: Ofis menecer
EMPLOYER: Premiumsteel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-28 LAST UPDATED: N/A DEADLINE: 2021-10-28

Premiumsteel MMCofis menecer tələb olunur.

Namizəd aşağıdakı əmək funksiyalarını yerinə yetirəcək:

- Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək
- Rəhbərliyin tapşırıqlarını operativ və məsuliyyətli şəkildə icra etmək
- E-mail və yazışmaların həyata keçirilməsi,
- Tender sənədlərinin və kommersiya təkliflərinin hazırlanması
- Bütün elektron sənədlərin düzgün şəkildə alınmasını və yerləşdirilməsini təmin etmək;
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
- Ofis üçün ləvazimatlr lazım olan təqdirdə şirkətlərlə əlaqə saxlamalı və bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqlarla təmin etməli
- Ofisə daxil olan qonaqları mehribanlıqla qarşılamalı
- Rəhbərliyin işi üçün lazım olan sənədləri və materialları hazırlamalı
- Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
- Rəhbərliyin Mühasibatlığın və İR tapşırıqlarını icra etmək;
- Partnyorlarla müqavilələrin imzalanmasına inzibati dəstək;
- Ofisdaxili inzibati işlər
- Əməkdaşların korporativ nömrələrlə təmin edilməsi və mobil operatorlarla əməkdaşlığın operativliyini təmin etmək üçün bütün əməliyyatların həyata keçirilməsi
- Müxtəlif sənədlərin sürətini çıxarılması və çap olunması
- Ofisin təmizliyinə nəzarət

Namizədə tələblər:

- Ali təhsil (İqtisadi və Hüquq sahəsinə üstünlük verilir)
- Əla səviyyədə Azərbaycan dili səlist və rus dili əla (İngilis dili üstünlükdür)
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
- İş təcrübəsi 1-3 il
- Punktuallıq;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Yaş : 23-30;
- Xanım namizəd tələb olunur

Şərtlər:

• AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
• Şirkət tərifindən korporativ nömrə, nahar
• Həftə ərzində 5 günlük iş qrafiki.
• İş qrafiki: 09:00-18:00
• Karyera yüksəlişi imkanı mövcuddur.
• Əmək haqqı 500-600 AZN
• Ünvan Heydər Əliyev Prospekti 187A Caspian Sport Plaza. 5 saylı Asan xidmətin yanı

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Ofis meneceri” sözlərini qeyd edərək sales@premiumsteel.az e-ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP