Ehtiyyat Hissələri üzrə mütəxəssis
 
JOB TITLE: Ehtiyyat Hissələri üzrə mütəxəssis
EMPLOYER: Auto Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-28 LAST UPDATED: N/A DEADLINE: 2021-10-28



Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

Vəzifənin adı: Ehtiyyat Hissələri üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

• Hyundai avtomobil ehtiyyat hissələri ilə bağlı bazar araşdırmasının aparılması
• Yeni müştərilərin tapılması və cəlb olunması
• Bazara uyğun avtomobil ehtiyyat hissələrinin sifarişi
• Ehtiyyat hissələri şöbəsində cari işlərin görülməsi

Tələblər:

• Biznes və ya digər əlaqədar sahələr üzrə ali təhsil;
• Əlaqədar sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dili biliyi (əla),
• İngilis dili biliyi (əla),
• Rus dili biliyi (əla),
• Excel biliyi (əla);
• Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
• Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;

Əmək şəraiti:

• İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
• 6 günlük iş rejimi;
• Əmək haqqı – 900 Azn.

Auto Azərbaycan bərabər iş imkanları vəd edir və bütün işçilərə istənilən növ ayrıseçkilikdən uzaq iş şəraiti yaradır. İşə götürülmə ilə bağlı bütün qərarlar namizədin vəzifə öhdəliklərinə uyğunluğu, şəxsi bilik və bacarıqlarına əsaslanır və müraciət edən şəxsin dini, irqi, milli mənsubiyyəti, cinsi və yaşından asılı olmayaraq qəbul edilir.

Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Ehtiyyat Hissələri Mütəxəssisi" başlığı ilə hr@autoaz.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP