Əməyin mühafizəsi üzrə mühəndis
 
JOB TITLE: Əməyin mühafizəsi üzrə mühəndis
EMPLOYER: Landau School DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-29 LAST UPDATED: N/A DEADLINE: 2021-10-29

Əməyin mühafizəsi üzrə mühəndis

Vəzifə öhdəlikləri:

▪ İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət.
▪ Müəssisədə zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsi.
▪ İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması.
▪ Müəssisəyə məxsus olan binaların, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması.
▪ Müəssisədə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsinin təşkili və nəzarəti.
▪ İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməyin edilməsi.
▪ İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması.

Tələblər:

▪ Ali təhsil
▪ Ən azı 2 il Əməyin Mühafizəsi üzrə iş təcrübəsi
▪ Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliyi
▪ Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
▪ Azərbaycan və Rus dili biliyi
▪ İngilis dili biliyi arzuolunandır

İş şəraiti:

▪ İş saatları: 1-5 günlər saat 09:00-18:00
▪ Əmək haqqı: razılaşma əsasında

Maraqlı olanlar CV-ni “Əməyin Mühafizə üzrə mühəndis” başlığı ilə hr@landauschool.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP