Avtokar sürücüsü
 
JOB TITLE: Avtokar sürücüsü
EMPLOYER: Zeytun Pharmaceuticals DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-29 LAST UPDATED: N/A DEADLINE: 2021-10-29

“Zeytun Pharmaceuticals” şirkəti Avtokar sürücüsü axtarışındadır.

Vəzifə funksiyaları:

- Anbar daxilində paletlərin yüklənməsi, boşaldılması, yerdəyişimini həyata keçirmək;
- Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
- İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək.

Tələblər:

- Müvafiq texnikanı idarə etmək üçün sertifikat arzuolunandır;
- Müvafiq sahə üzrə 3 ildən yuxarı iş stajı;
- Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqlar;
- Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar;
- Yaş həddi: 25-40;
- Hərbi xidməti başa vurmuş şəxslər;
- İş yerinə yaxın ərazidə yaşayan şəxslər.

İş şəraiti:

- İş qrafiki: 6 günlük iş həftəsi
- İş yeri: Masazır qəsəbəsi
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 500-600 AZN

Maraqlanan şəxslər CV-ni turan.guliyeva@zeytunpharma.az email ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP