Mühəndis Konstruktor
 
JOB TITLE: Mühəndis Konstruktor
EMPLOYER: Crocus Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-29 LAST UPDATED: 2021-09-29 DEADLINE: 2021-10-29

“Crocus Construction” MMC Mühəndis Konstruktor vakansiyasını elan edir:

Əmək haqqı 2000-2500.

Vəzifə öhdəlikləri:

- Yaşayış, mülki və sənaye binalarının, mühəndisi qurğularının metal və şüşə konstruksiyalarının hesablanmasını və layihələndirilməsini.
- İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir.
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edilməsi.
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
- Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin sənaye nümunələrinin hazırlanması, ixtiralar üçün sifariş tərtib edilməsi, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak edir;
- Tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsə nəzarət edir;
- Konstruktiv işçi layihəni sifarişə əsasən və ar-da qüvvədə olan inşaat norma və qaydalarına riayyət etməklə aparar. gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.

Namizədə tələblər:

- Ali təhsil;
- Müvafiq sahə üzrə 5 il təcrübə;
- AutoCad, Lira, SAP proqramlarında yük səviyyədə işləmək bacarığı
- İşində ciddi, diqqətli və məsuliyyətli.

İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.

Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər, 09:00-18:00, şənbə gün qısa iş günü

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP