Texniki Dəstək üzrə Administrator (Help Desk)
 
JOB TITLE: Texniki Dəstək üzrə Administrator (Help Desk)
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-30 LAST UPDATED: 2021-10-19 DEADLINE: 2021-10-18

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda İT Texniki Dəstək üzrə Administrator tələb olunur.

Vəzifənin rolu:

İT Texniki dəstək üzrə administratorun vəzifəsi kompüter sistemləri, proqram təminatı və avadanlıqla əlaqəli texniki köməklik və dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

• Sorğuları e-poçt, telefon və ya ERP-də olan yoxlama siyahısı vasitəsilə yoxlayır
• Sistem səhvlərinin və avadanlığın diaqnozunu aparır və nasazlığı aradan qaldırır
• İstifadəçilərin problemlərinin tam həll olunmasını təmin edir
• Yeni kompüterləri quraşdırır və korporativ domenə qoşur
• Yeni istifadəçilər üçün hesablar yaradır
• İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqları yoxlayır
• İstifadəçi məlumatlarının ehtiyyat nüsxəsini yaradır
• Korporativ elektron poçtu quraşdırır və problemləri səriştəli həll edir
• Simli və simsiz daxili telefon cihazlarını yoxlayır
• LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin edir
• USB və şəbəkə printerləri və skanerlərdəki problemləri yoxlayır və nasazlığı aradan qaldırır
• İT avadanlığı əvəz və təmir edir

Əsas tələblər:

Təhsil:
• İT və ya müvafiq sahə üzrə Ali təhsil
• İT ixtisası üzrə sertifikatlar arzuolunandır

Təcrübə:
• İT Texniki dəstək üzrə ən azı 2 il iş təcrübəsi

Professional biliklər:
• Əməliyyat sistemləri, kompüter avadanlığı, və proqram təminatları barəsində güclü bilik
• Şəbəkənin əsasları
• TCP / IP, DHCP və DNS protokolu
• E-poçtun quraşdırılması və konfiqurasiyası
• Rus və İngilis dili arzuolunandır

Professional bacarıqlar və kompetensiyalar:
• Problem həlletmə
• Detallara və nəticəyə yönümlü
• Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “IT Help Desk Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

 

Founded in 1996, Sinteks Group of Companies is one of the largest and most successful fashion retail companies in the Caucasus and Central Asia.

Sinteks manages more than 100 of fashion, jewelry, beauty and household utilities stores, and around 10 branches of coffee shops. Represents leading international brand names in luxury, premium and mass-market segments.

We are currently looking for IT Help Desk Administrator to join Sinteks Group of Companies.

The role:

The role of IT Help Desk Administrator is to provide technical assistance and support related to computer systems, software and hardware.

Job responsibilities:

• Checks the queries via email, phone , or check-in list
• Diagnoses and troubleshoots system errors and hardware
• Follows up with end-users to ensure full resolution of problems
• Installs new computers and joins a corporate domain
• Sets up accounts for new users
• Checks IT equipment during employee`s handover process
• Ensures back up of user`s data
• Installs corporate email and troubleshoots problems within the competency
• Monitors wired and wireless internal telephone devices
• Ensures the operation of LAN, WiFi networks and troubleshoots them
• Monitors and troubleshoots problems with USB and network printers and scanners
• Replaces and repaires IT equipment

Main requirements:

Education:
• Higher education in IT or in any related field
• Certification in IT Helpdesk is desirable

Experience:
• At least 2 years of work experience as IT Help Desk Technician

Professional knowledge:
• Strong knowledge of Operating System, hardware and software
• Basics of network
• TCP/IP, DHCP and DNS protocol
• Installing and configuring email
• Knowledge of Russian and English languages desirable

Professional skills and Competencies:
• Problem solving
• Details and result oriented
• Communication skills

Interested candidates, please send your CV to recruitment@sinteks.com highlighting the position name “IT Help Desk Administrator” in the subject line.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP