Kontent menecer
 
JOB TITLE: Kontent menecer
EMPLOYER: Starex DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-30 LAST UPDATED: N/A DEADLINE: 2021-10-30



Starex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.

Vəzifə : Kontent menecer

Əmək haqqı: Müsahibə əsasında

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur;

Əsas vəzifə öhdəlikləri

- Sosial Mediada paylaşılması planlanmış postların ideyalarının yazılması;
- Verilən ideyaların düzgün tətbiq olunmasında marketing komandasına mütəmadi dəstək olmaq
- Hazırlanmış press-reliz, məqalələrin düzgünlüyünün yoxlanılması;
- Komanda ilə həm vizual, həm də mətn üçün fərqli fikir və konsepsiyalar yarada bilmək
- Kampaniyalar üçün sloqanlar düşünmək
- Video icmallar, video izahlar üçün ssenarilər hazırlanmasına kömək etmək
- Sayt üçün SEO yönümlü mətnlərin hazırlanmasına kömək etmək
- Digital reklamlarımız və digər platformalarımız üçün sloqan hazırlamaq

Namizədə tələblər:

- Ali təhsil
- Yaş həddi - 23-30 arası
- Azərbaycan dilində səlis danışma və yazma bacarığı
- Türk dilində səlis yazıma və danışıqların aparılması üstünlükdür
- Reklam və ya sosial media sahəsində 1 illik iş təcrübəsi üstünlükdür
- MS Office proqramlarından sərbəst istifadə
- Komandada işləmək bacarığı

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla HR@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP