Merçendayzer
 
JOB TITLE: Merçendayzer
EMPLOYER: Panasam MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-01 LAST UPDATED: N/A DEADLINE: 2021-10-31

Panasam MMC şirkəti Qida sektorunda çalışmaq üçün Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

• Ali təhsil;
• Yaş :21-33
• Müvafiq vəzifə üzrə 3 ildən az olmayan iş təcrübəsi;
• Azərbaycan dili (Rus və İngilis dil biliyi arzu olunandır);
• Analtik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
• Məsuliyyət,məxfilik, stresə dözümlülük, komanda ilə işləmək,dəqiqlik, analiz etmək bacarığı və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Vəzifələr:

- Uyğun namizədlər,Panasam MMC-nin əməkdaşlıq etdiyi satış nöqtələrində şirkətə məxsus məhsulların, müqavilə şərtlərinə uyğun olaraq ayrı-ayrı rəflərdə düzülüşünün təşkili,nəzarəti və sifarişlərin və geri iadələrin idarə olunması, malların etibarlılıq müddətinə nəzarət və satış üzrə statistik göstəricilərin həyata keçirilməsi kimi
- Şirkətin təqdim etdiyi marştrut üzrə merçendayzinq əməliyyatlarının həyata keçirilməsi kimi
- Uyğun Namizədlər Panasam MMC- nin Merçendayzerlər üçün hazırladığı və aşağıda göstərilən 15 qızıl qaydaya əməl etmək üzrə öhdəlik daşıyacaq.

1.Rəflərin təmiz , işıqlanmanın normal olduğuna əmin ol !
2.Malların öz kateqoriyasına uyğun sərgiləndiyinə əmin ol !
3.Rəflərdə boş qalmış yerləri yeni mallarla doldur !
4.Rəflərdə çeşid və mal sayının qənaətbəxş olduğuna əmin ol !
5.Malları əl və göz səviyyəsində, müştərilərə əlçatan formada sərgilənməsini təşkil et !
6.Malların rəflərdə, mərkəz və ya mərkəzdən sağa doğru sərgilənməsini təşkil et !
7.Malların daha çox və əlverişli nöqtədə sərgilənməsini təşkil et !
8.Bütün malların üzərində qiymətlərin olduğuna əmin ol !
9.Qiymətlərin mağaza formatına uyğun, düzgün olduğuna əmin ol !
10.Qiymətlərin soldan-sağa artan istiqamətdə olduğuna əmin ol !
11.Malların sərgilənmə şəraitinin münasib ( temperatur, rütübət s) olduğunu yoxla !
12.Malların son istifadə müddətini yoxla və istifadə müddətinin bitməsinə 1 (bir) həftə qalmış məhsulları satışdan kənarlaşdır və bu barədə ofisə məlumat ver !
13.İstifadə müddətinə az qalmışları ön, digərlərini arxa sırada düzülüşünü təşkil et !
14.Satılmayan məhsuların yerini dəyişin !
15.Məhsul haqqında müştəriləri məlumatlandır !

İş şəraiti:

- Bazar ertəsi- Şənbə: 9:00 – 18:00
- AR Əmək məcəlləsinə əsasən rəsmi sənədləşmə.
- Rabitə və nəqliyyat xərclərinin şirkət tərəfindən qarşılanması

Əmək haqqı 450-600 Azn Net

Uyğun namizədlər Mövzü yerində Merçendayzer yazmaqla şəkilli CV-lərini office@panasampartners.com elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP