GİKM nümayəndəliyi üzrə direktor
 
JOB TITLE: GİKM nümayəndəliyi üzrə direktor
EMPLOYER: Gənclərin İnkişaf və Karyera Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-01 LAST UPDATED: N/A DEADLINE: 2021-10-31

GİKM nümayəndəliklərində çalışmaq istəyən gənclər, işvar!

Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edir!
Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli, Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclər Fondunun tabeliyində “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır.

Sərəncamdan yola çıxaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz Göygöl, İsmayıllı, Masallı, Yardımlı, Daşkəsən, Şirvan, Salyan, Hacıqabul, Ucar, Zərdab, İmişli nümayəndəliklərinə vakansiya elan edilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və GencApp mobil tətbiqi vasitəsilə 20 oktyabr 2021-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.

QEYD: Müraciət edən namizədlərin nəzərinə:

İşə qəbul olunduqları halda, müraciət etdiyi region üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.

Həmçinin, qeyd olunan vakasiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.

GİKM nümayəndəliyi üzrə direktor

Namizədə dair əsas tələblər:

- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır;
- İdarəçilik sahəsində ən azı 1 il iş stajı olmalı;
- Təşkilatçılıq, problemi həll etmə bacarığı olmalı;
- Peşəkar idarəetmə və qərar qəbul etmə bacarığı olmalı;
- MS Office proqramlarını yüksək səviyyədə bilməlidir.

Vəzifə öhdəlikləri:

- Nümayəndəliyin fəaliyyət proqramını hazırlamaq
- Yerli gənclərin nümayəndəliyin fəaliyyətinə cəlb edilməsi məqsədi ilə tədbirlər və təlimlər təşkil etmək
- Komandanın fəaliyyətinə nəzarət etmək
- Təhlillər aparmaq və qərarlar qəbul etmək
- Fəaliyyət hesabatlarını təqdim etmək

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP