Mühəndis smetaçı
 
JOB TITLE: Mühəndis smetaçı
EMPLOYER: Ricon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-01 LAST UPDATED: N/A DEADLINE: 2021-10-31

Vəzifə: Mühəndis smetaçı

İş barədə məlumat:

• Obyektin layihələndirmə tələblərini bilmək;
• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
• Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
• Sahələrdən gələn texniki hesabatların yoxlanması
• Layihədəki büdcə risklərin analizi
• Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması;
• Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
• Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
• Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq;
• İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;

Əmək haqqı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Bilməlidir:

• Tikinti materiallarının növləri və xüsusiyyətlərini
• Tikinti texnologiyasını
• Tikinti norma və qaydalarını, material sərfi normalarını
• Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını
• Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri
• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilməlidir

Namizədə tələblər:

• Ali təhsil (müvafiq sahədə)
• Müvafiq sahədə iş təcrübəsi tikinti şirkətlərində 5 ildən az olmamaq şərtilə
• Komputer bilikləri: MS Office, AutoCad
• etender.gov.az saytından istifadə bacarığı
• Yaşı : 30-55

Maraqlanan namizədlər mövzu yerində “Mühəndis smetaçı” yazmaqla öz CV-lərini hr@ricon.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP