Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-04 LAST UPDATED: N/A DEADLINE: 2021-11-03

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Mühasib

Vəzifə öhdəlikləri:

- Gündəlik əməliyyatların 1C 8.3 program təminatına işlənməsi;
- E-Qaimə fakturaların tərtib edilməsi, göndərilməsi və nəzarətdə saxlanılması;
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;

Namizədə tələblər:

- Ali təhsil ;
- Yaş: 25-35 yaş;
- İstehsalat sahəsində təcrübə;
- 1C 8.3, Excel və BTP proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsindən məlumatlı olmalı;

İş şəraiti:

- Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət;
- Əmək haqqı : 500-600 AZN (net) ;
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı.
- Servis xidməti fəaliyyət göstərir. (20 Yanvar metrosu,Saray qəsəbəsi,Xırdalan və Sumqayıt şəhərləri üzrə).

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP