Çağrı mərkəzi (Call Center) operatoru
 
JOB TITLE: Çağrı mərkəzi (Call Center) operatoru
EMPLOYER: Enginet LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-04 LAST UPDATED: N/A DEADLINE: 2021-11-03

Vəzifə: Çağrı mərkəzi (Call Center) operatoru

Vəzifə öhdəlikləri:

• şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
• qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
• müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
• müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
• yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
• Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
• xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
• vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.

Namizədə verilən tələblər:

• ali təhsilə üstünlük verilir
• azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
• nitqi aydın və səlis olmalı
• fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
• müştərilərlə ünsiyyət qurma bacarığı
• məsuliyyətli, səbrli, stressə davamlı olmalı
• MS Office proqramlarını bilməli

İş qrafiki: növbəli, günaşırı.

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP