Satış kanalları üzrə assistent
 
JOB TITLE: Satış kanalları üzrə assistent
EMPLOYER: PASHA Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-04 LAST UPDATED: N/A DEADLINE: 2021-11-01

“PAŞA Sığorta” ASC namizədləri Satış kanalları üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
• Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
• Müştərilərə xidmət göstərilməsi, zərurət yarandığı təqdirdə sığorta növləri üzrə şəhadətnamələrin yazılması
• Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
• Öz tərəfindən edilən satışların sığorta haqqlarının vaxtında ödənilməsi və debitor borcların yaranmamasına nəzarət etmək

BİLİKLƏR:

• Ali təhsil
• Dil bilikləri:
o Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
o Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı

TƏCRÜBƏ:

• Satış sahəsində iş təcrübəsi arzu olunandır

BACARIQLAR:

• Stressə davamlılıq bacarığı - Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
• Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
• Komanda ilə işləmək bacarığı

Son müraciət tarixi: 30.10.2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP