Ticarət mərkəzləri üzrə marketinq mütəxəssisi
 
JOB TITLE: Ticarət mərkəzləri üzrə marketinq mütəxəssisi
EMPLOYER: Facility Management Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-04 LAST UPDATED: N/A DEADLINE: 2021-11-03



Ticarət mərkəzləri üzrə marketinq mütəxəssisi

Vəzifə öhdəlikləri:

- Ticarət mərkəzlərinin marketinq kommunikasiyaları üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında Marketinq Menecerinə dəstək göstərmək;
- Ticarət mərkəzlərinə ziyarətçi axınının təmin edilməsi məqsədilə müxtəlif marketinq tədbir və promosyon kampaniyalarını həyata keçirmək və onlara nəzarət etmək;
- Ticarət mərkəzlərindəki icarədarlarla birgə marketinq tədbirləri həyata keçirmək və onlara nəzarət etmək;
- İcarədarların satış göstəriciləri, marketinq tədbirləri və müştəri axını barədə hesabatlar hazırlamaq;
- Agentliklər və digər tərəfdaşlarla görüşlər keçirmək, onların performansı haqqında məlumat toplamaq;
- Ticarət mərkəzlərinin marketinqi ilə bağlı yeni ideya və təklifləri irəli sürmək;
- Layihələrin icrasında cari menecmenti həyata keçirmək.

Vəzifə üzrə tələb və bacarıqlar:

- Marketinq sahəsində 3 illik təcrübə ilə yanaşı inkişaf potensialını nümayiş etdirmək;
- Ticarət mərkəzləri, eləcə də icarədarlarla birgə marketinq tədbirləri üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq;
- Kommunikasiyalar üçün hədəfə yönəldilmiş kontentin seçilməsi qabiliyyətinə malik olmaq;
- Marketinq və kommunikasiya smetalarını tərtib etmək;
- Yeni trendləri mütəmadi olaraq izləmək.
- Ünsiyyətcil olmalıdır
- Komanda ilə birgə işləmək qabiliyyətinə malik olmalıdır

Xahiş olur CV-lərinizi Ticarət mərkəzləri üzrə marketinq mütəxəssisi başlığı altında hr@fmg.az e-mail ünvanına yollayasınız.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP