Qida, içki və restoranlar üzrə direktor (F&B Director)
 
JOB TITLE: Qida, içki və restoranlar üzrə direktor (F&B Director)
EMPLOYER: Gəmiqaya Turizm DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-05 LAST UPDATED: 2021-10-05 DEADLINE: 2021-11-04

Gəmiqaya turizm MMC, tərkibində və ya nəzarətində olan müəssisələrin xidmət fəaliyyətinin daimi izlənməsi üçün “Qida, içki və Restoranlar üzrə direktor” vakansiyası elan edir.Aşağıdakı göstəricilərə cavab verən, öz performansı, satışa dəstək qabiliyyəti ,quruculuq və idarəetmə qabiliyyəti olan ən yaxşı namizəd bizim hədəfimizdir. Karyerasını bizimlə qurmaq istəyən namizədlərə öz CV lərini bizə göndərməyi xahiş edirik.

İş barədə məlumat:

Qeyd: Namizəd pre-opening şərtlərinə uyğun olaraq restoranların konsepsiyalarının qurulmasını həyata keçirilməlidir. Restoranlar şəbəkəsində yüksək təcrübəsi, Restorator qabiliyyəti olmalıdır.

1. Büdcə planlaşdırılması və təqibi.
2. Restoranın konsepsiyasını qurmaq.
3. Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsi.
4. İşçi heyətinin seçimi, qurulması, təlimləndirilməsi və motivasiyası.
5. İşçi heyətin idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi.
6. Restoran üçün yeni avadanlıqların və məhsulların sifarişi.
7. Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət.
8. Restoranın fasiləsiz fəaliyyətinin təşkili.
9. Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək.
10. İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək.

Namizədə aid tələblər:

1. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək.
2. İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək.
3. Qeyd edilən sahədə minimum 3 il iş təcrüəsi.
4. Etik davranış qaydalarına sahib olmalı.
5. Diqqətli, məsuliyyətli və cəld.
6. Komandada işləmək bacarığı.
7. Gülərüzlü və hörmətli olmalı .
8. Dinləmə mədəniyyəti.
9. Xarici görünüşünə diqqət göstərməli.
10. Danışıq qabiliyyəti yüksək olmalı.
11. Müştəri ilə ünsiyyət qurmağı bacarmalı.
12. İdaretmə qabiliyyətinə sahib olmalı.
13. Xarici dil bilikləri; rus və ingilis dillərini bilməlidir.

Əlavə şərtlər:

1. İş yeri- Baş ofis;
2. Əmək haqqı: 2000-3000 azn namizədə uyğun olaraq təyin ounacaq(əlavə olaraq gəlirdən faiz veriləcək);
3. 6 günlük iş həftəsi;
4. Nahar şirkət tərəfindən verilir;
5. Korporativ nömrə;

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını “ Qida, içki və Restoranlar üzrə direktor“ qeyd etməklə turizmgemigaya@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP