Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Dövlət Statistika Komitəsi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-05 LAST UPDATED: N/A DEADLINE: 2021-11-04

Struktur bölmə Göygöl rayon statistika idarəsi, Rəhbərlik

Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş mühasib (1 yer)

Aylıq vəzifə maaşı: 550

Qulluq funksiyaları:

- idarənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsini təmin edir;
- ilkin mühasibatlıq sənədlərinin, hesablaşmalarının və ödəniş sənədlərinin hazırlanmasını təşkil edir;
- işçilərin əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri üzrə ödəniləcək vəsaitlərin hesablanmasını və ödənişini təmin edir;
- bank əməliyyatlarını aparır;
- xəzinə əməliyyatları ilə əlaqədar öhdəlik, mal alışı sənədi, kassa xərclərinin sifarişini hazırlayır;
- muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri vergi orqanlarına təqdim edir;
- mühasibat balansını hazırlayır və Dövlət Statistika Komitəsinə təqdim edir;
- aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılmasını təşkil edir;
- İdarədə satınalma prosesinin həyata keçirilməsini təşkil edir;
- statistik və digər hesabatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
- mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməni təmin edir;
- vəzifə üzrə rəhbəlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.

Vakant inzibati vəzifənin tutulması şərtləri:

- Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
- İş stajına dair tələblər: 1 il ümumi iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);
- Xarici dil biliklərinə dair tələblər: yoxdur

Müsahibədə iştirak etmək hüququ verən sertifikat: BB3

Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 12.10.2021 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 sentyabr 2021-ci il tarixindən 12 oktyabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP