Əməliyyatçı (Bakı)
 
JOB TITLE: Əməliyyatçı (Bakı)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-05 LAST UPDATED: N/A DEADLINE: 2021-11-04

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC aşağıda qeyd edilən mağazalar üzrə “Əməliyyatçı” vakansiyasını açıq elan edilir:

- İnqilab
- Azadlıq (Dostluq k/t yanı)
- Həzi Aslanov

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Əsas vəzifələr:

• Mağazaya aid olan bütün mədaxillərin və məxariclərin qeydiyyatı və sistemləşdirilməsi;
• Kassaya daxil olan pul vəsaitlərin qəbulu və qeydiyyatı;
• Mağaza işlərinin qeydiyyatını aparır, lazımi sənədləri tərtib edir və müəyyən edilmiş hesabatını aparır;
• Müştərilərə məlumat və məsləhət vermək, onlara mağaza xidmətlərini reklam etmək;

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 300 azn;
• Ödənişsiz təlimlər;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində müvafiq ərazini qeyd edərək recruitment@optimal.az electron ünvanına CV ilə müraciət edə bilərlər:

- Əməliyyatçı – İnqilab
- Əməliyyatçı – Azadlıq
- Əməliyyatçı - Həzi Aslanov

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP