Analitika şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Analitika şöbəsinin mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-05 LAST UPDATED: N/A DEADLINE: 2021-11-04

Ümumi məlumat:

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə satış departamentinin Analitika şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Mövcud hesabatların yenilənməsi, miqrasiyası, dəyişdirilməsi.
• Qoyulmuş tapşırığın məntiqinə uyğun SQL sorğuları və skriptlərin yazılması.
• Yazılan skriptlərin optimallaşdırılması.
• Məlumat bazasında olan obyektlərin araşdırılması. Bankdaxili digər struktur bölmələrlə aidiyyatı məlumatların dəqiqləşdirilməsi.
• Təlimlərdə iştirak və təlim nəticələrinin tələbə uyğun qeydiyyatı.
• Təlim materialı və tapşırıqların hazırlanması.
• İş təcrübələrinin tələb olunan formada sistemləşdirilməsi.
• Biliklərin digər əməkdaşlara öyrədilməsi.
• Təhlil yönümlü və məqsədə uyğun digər tapşırıqların icrası.

Tələblər:

• Dəqiqlik, detallara qarşı diqqətlilik
• Dürüstlük, tapşırılan işi dürüstlüklə icra etmək
• Səmimilik, yaranan imkanlar, çətinliklər və səhvlər barədə rəhbərinə vaxtlı vaxtında məlumat vermək.
• Paylaşmaq və öyrətmək üçün açıq olmaq
• Proqlaşdırma dilləri və kompyuter elmləri sahəsində təcrübə və ya təhsil olması arzuolunandır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya hr@kapitalbank.az mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət eldə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP