Xarici Strateji Satınalmalar üzrə Menecer
 
JOB TITLE: Xarici Strateji Satınalmalar üzrə Menecer
EMPLOYER: Elberg MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-06 LAST UPDATED: N/A DEADLINE: 2021-11-05

“Elberg” MMC-nin yeni açılmış ofisinə Xarici Strateji Satınalmalar üzrə Menecer vakansiyası elan edilir

İşin təsviri:

• Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizatını təmin etmək:
• Xammal, ehtiyyat hissələri, təchizat və s., təchizatçıların axtarışı
• Təchizat təcrübələrinə istinadən funksional liderlik edərək ən aşağı ümumi mülkiyyət dəyərinə çatmaq üçün Alıcı və Təchizatçılar arasında davamlı inkişaf və müvəffəqiyyətli əməkdaşlığı təmin etmək.
• Departamentin satınalma funksiyalarını idarə etmək, planlaşdırmaq, əlaqələndirmək və həyata keçirmək.
• Xammal, ehtiyat hissələri, təchizat və s. üçün kompleks sorğuların müzakirəsi və ya nəzarət edilməsi
• Alıcının strateji məqsədlərinə cavab verən və tədarük zəncirlərinə ən böyük pul dəyəri verən materialları satın alaraq şirkətin aktivlərinin qorunmasından məsuldur.
• Müqavilələrin şərtlərinə riayət olunmasını təmin edərək vendorlar, dövlət və vasitəci qurumları ilə yaranan məsələləri həll etməli.
• Hazırkı və gələcək material və ehtiyat hissələrinin mövcudluğunu müəyyən etmək üçün bazar və çatdırılma şərtlərini təhlil edir və bazar təhlili hesabatlarını hazırlayır
• Müqavilələrin, təkliflərin, və satıcı müqavilələrinin hüquqi cəhətdən düzgünlüyünə, qiymətinə və maddələrin spesifikasiyalara uyğunluğuna görə nəzərdən keçirilməsi.
• Məhsulun çatdırılmasını, logistikanın təşkilinə nəzarət etməli;
• Alınan malların keyfiyyətinə nəzarət etməli;
• Fəaliyyətlə bağlı hesabatları hazırlamalı

İş şəraiti:

• İş saatı: 09:00-dan 18:00-dək;
• İstirahət: şənbə və bazar günü.
• İş yeri- Bakı ş., Azərbaycan (baş ofis)

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

• Ali təhsil
• Yaş həddi: 25-45;
• Dil bilikləri Azərbaycan, Rus, İngilis dillərini mükəmməl bilən;
• Kompüter biliyi: MS Office Internet Explorer
• Xarici təchizat sahəsində təcrübə mütləqdir.
• Analitik və ünsiyyət bacarıqları olmalı, danışıqlar aparmaq bacarığı, qiymət metodları və strategiyaları haqqında biliklərə malik olmalı;
• Satınalma sənədlərinin hazırlanması qaydasını bilməli;
• Beynəlxalq ticarət qaydalarını bilməli;
• Satınalma müqavilələri haqqında məlumatı olmalı;
• Gömrüklə iş təcrübəsi; gömrük rəsmiləşdirilməsi və logistika qaydalarını bilmək;
• Ezamiyyətlərə gedməyə imkanı olmalı

Qeyd:

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP