Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Elberg MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-06 LAST UPDATED: N/A DEADLINE: 2021-11-05

“Elberg” MMC-nin yeni açılmış ofisinə Hüquqşünas vakansiyası elan edilir

Vəzifə öhdəlikləri:

• Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi,
• Əmtəə nişanlarının alınması və müddətinin uzadılması,
• Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanıb təqdim edilməsi,
• Məhkəmədə və digər dövlət orqanlarında şirkətin maraqlarının qorunması və təmsili,
• Etibarnamələrin hazırlanması,
• Notarius işlərinin təşkili və sənədlərin təsdiqi,
• Təsis sənədləri ilə bağlı işlərin icrası,
• Viza və miqrasiya məsələlərinin təşkili,
• Daxil olan sorğuların cavablandırılması,
• Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli,
• Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya dəstəyini vermək.

Şəxsi keyfiyyətləri:

• İşə planlı yanaşmaq bacarığı;
• Yüksək ünsiyyət bacarığı;
• Təmkinlilik, etibarlılıq, özünə inamlı;
• Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
• Yalnız kişi namizədlər

Əmək haqqı: Razılaşma yolu ilə.

İş şəraiti:

• İş saatı: 09:00-dan 18:00-dək;
• İstirahət: şənbə və bazar günü.
• İş yeri: Bakı ş., Azərbaycan ( baş ofis)

Tələblər:

• Təhsil: Ali (hüquq sahəsi üzrə)
• İş təcrübəsi: müvafiq sahə üzrə ən azı 5 il;
• Yaş həddi: 20-45yaş
• Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)
• Kompüter bilikləri: Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı.

Qeyd:

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP