Əməliyyatçı/ Xəzinədar (Tovuz, Sabirabad)
 
JOB TITLE: Əməliyyatçı/ Xəzinədar (Tovuz, Sabirabad)
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-06 LAST UPDATED: 2021-10-07 DEADLINE: 2021-11-05

Əməliyyatçı/ Xəzinədar

"PARABOKT" ASC Tovuz və Sabirabad filialları üçün Əməliyyatçı/ Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Əsas vəzifələr:

- Qiymətlilərlə aparılan əməliyyatların müvafiq normativ aktlara və daxili qaydalara uyğun aparılmasını təmin etmək;
- Pul vəsaitlərinin müvafiq qaydada sistemə/ hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
- Kassa sənədlərinin və xəzinədəki vəsaitlərin həqiqiliyini təmin etmək;
- Mövcud qanunvericiliyə uyğun qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Gün ərzində xəzinə üzrə mədaxil və məxaric zamanı normativ aktlara və təşkilatın daxili qayda və prosedurlarına riayət etmək;
- Aparılan əməliyyatlar üzrə müxabirləşmələri həyata keçirmək;
- Xəzinədə həyata keçirilən mədaxil - məxaric əməliyyatlarını müvafiq əməliyyat sistemində əks etdirmək;

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır)
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Excel, Word) işləmək bacarığı;
- Pul və qiymətlilərlə işləmə qabiliyyəti;
- Komanda tərkibində və fərdi şəkildə işləmə bacarığı;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini " Əməliyyatçı/ Xəzinədar (Tovuz filialı) və ya Əməliyyatçı/ Xəzinədar (Sabirabad filialı)" başlığı ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP