Mühasib (mal material üzrə)
 
JOB TITLE: Mühasib (mal material üzrə)
EMPLOYER: Ricon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-06 LAST UPDATED: N/A DEADLINE: 2021-11-05



Mühasib (mal material üzrə)

Namizədə dair tələblər:

• Təhsil: Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit);
• Iş təcrübəsi: Azı 5 il iş təcrübəsi (Tikinti sektorunda azı 3 il təcrübə mütləqdir)
• Yaş: 25-40
• Cins : Qadın
• Dil bilikləri: Azərbaycan, Rus
• Vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
• Kompüter bilikləri: Ofis proqramları, Outlook ,1C (8.3 əsas)

Vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin mühasibat hesabatlarının müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin təmin edilməsi
• Bank əməliyyatının işlənilməsi
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında
mühasibat uçotunda əks etdirilməsini təmin etmək ;
• Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq
• Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;

İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Mühasib” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP