Müştəri xidmətləri üzrə mütəxəssis
 
JOB TITLE: Müştəri xidmətləri üzrə mütəxəssis
EMPLOYER: You Will Speak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-06 LAST UPDATED: N/A DEADLINE: 2021-11-05

Böyüməkdə olan “You Will Speak” ingilis dili tədris mərkəzimizə “Müştəri xidmətləri üzrə mütəxəssis” axtarırıq.

İş barəsində məlumat:

● Müxtəlif kanallar vasitəsilə müştərilərlə ünsiyyət qurmaq və onlara dəqiq və vaxtında cavab vermək
● Müştərilərdən məhsulun ödənişlərini qəbul etmək
● Müştəri suallarını və problemlərini həll etmək üçün daxili və xarici şöbələrlə əlaqə saxlamaq
● Müəllimlərlə danışıqlar apararaq onlayn və əyani dərs cədvəllərini hazırlamaq və ya vaxtları uyğunlaşdırmaq
● Tələbələrə anket formalarını göndərmək
● Mərkəzimizdən ayrılan müştərilər ilə intervyular keçirmək

Tələb olunan bacarıqlar:

● Güclü planlaşdırma və təşkilatçılıq bacarığı
● Güclü analitik bacarıqlar
● Ünsiyyət bacarıqları
● Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması
● Problemlərin həll edilməsi
● Kollektiv ilə işləmə bacarığı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini recruitmentyws@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP