Əməliyyat Meneceri
 
JOB TITLE: Əməliyyat Meneceri
EMPLOYER: You Will Speak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-06 LAST UPDATED: N/A DEADLINE: 2021-11-05

Böyüməkdə olan “You Will Speak” ingilis dili tədris mərkəzimizə “Əməliyyat Meneceri” axtarırıq.

İş barəsində məlumat:

● Mərkəzimizdəki departamentlər üzrə icra edilən işlərin koordinasiyası, idarə olunması və monitorinqi
● Müştərilərlə əlaqələrin idarə edilməsi, satış və marketinq fəaliyyətinin planlaşdırılması üzrə həyata keçirilən bütün əməliyyatlara nəzarət etmək və hesabat almaq
● Müştəri xidməti proseslərinin optimallaşdırılması: anket formalarının göndərilməsi, ödənişlərin toplanması, ssenarilər və ünsiyyət şablonlarının yazılması, tələbələrin yenidən qruplaşdırılması
● Müştəri problemlərini həll etmək
● Səmərəliliyin artırılması və iş prosesinin sürətləndirilməsi üçün biznes fəaliyyətinin yaxşılılaşdırılması üzrə təkliflər irəli sürmək
● Mühasib/maliyyə direktoru ilə gəlir, mənfəət və əməliyyatla bağlı təkmilləşdirmə üzrə danışıqlar aparmaq

Tələb olunan bacarıqlar:

● Liderlik bacarıqları
● Biznesin inkişaf etdirilməsi istiqamətində kommersiya biliklərinə malik olmaq
● Steykholderlərin idarə edilməsi və biznes ideyaları üzrə danışıqların aparılması üzrə yüksək bacarıqlara malik olmaq
● Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
● Keyfiyyətə nəzarət bacarıqları
● Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması
● Azərbaycan, ingilis və rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Əməliyyat Meneceri” qeyd edərək öz CV-lərini recruitmentyws@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP