Sahə rəisi
 
JOB TITLE: Sahə rəisi
EMPLOYER: AS İnşaat MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-06 LAST UPDATED: N/A DEADLINE: 2021-11-05

Sahə rəisi

Yerinə yetirəcəyi işlər:

-Qanunvericiliyə əsasən inşa olunan obyektin tikinti sahəsinə tikinti-quraşdırma işlərinə rəhbərlik etmək;
-Rəhbərlik etdiyi sahənin tikinti planının yerinə yetirilməsini, texniki avadanlıqların düzgün istismarını təşkil etməli, tikinti işlərinin aparılması üçün tələb olunan materiallarının alınması, gətirilməsi və sahədə təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etməlidir;
-Tikinti quraşdırma proseslərinin başlaması və ardıcıl gedişatını təmin etmək üçün zəruri hazırlıq işlərini görməli, sahədə tikinti preseslərinin gedişatına nəzarət etməlidir;
-Hər gün sahədə çalışan podratçılara, işçi briqadalara tapşırıqlar verir, onların tapşırılmış iş üzrə işləməsinə nəzarət edir, tapşırılmış işin və gündəlik normalarının yerinə yetirilməsini nəzarətdə saxlayır;
-Tikinti-quraşdırma tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsi üçün tədbirlər görməli, podratçı təşkilatların arasında qarşılıqlı əlaqələrin koordinasiya olunmasını təmin etməli, biri-birinə kömək şəraitinin yaradılmasına çalışmalıdır;
-İnşaat materiallarının, tikinti və digər resursların qənaətlə və səmərəli istifadə olunması üçün tədbirlər görür;

Səriştələr:

-Tikinti quraşdırma işlərini ilə əlaqədar verilən qanunverici və digər normativ hüquqi aktları;
-Layihə üzrə tikintisi aparılan obyektə sifarışçi tərəfindən müəyyənləşdirilən tələbləri.
-Tikinti sahəsində mövcud olan avadanlıqların istismar qaydalarını;
-Tikinti sahəsinin İstehsalatın planlaşdırılması metodikasını, istehsalatın fəaliyyətinin forma və metodlarını;

Tələblər:

- Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
- Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi.
- Microsoft Office, AutoCad,

İş şəraiti:

- Əmək haqqı 2000 AZN
- İş yeri Xaçmaz rayonunda yerləşir
- İş rejimi 6 günlük
- İşçi qalmaq üçün yer və qida ilə təmin edilir.

CV-ləri hr@asinshaat.az ünvanına “sahə rəisi” başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP