Çilingər
 
JOB TITLE: Çilingər
EMPLOYER: Təmizqaz QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-07 LAST UPDATED: 2021-10-07 DEADLINE: 2021-11-06

Çilingər

İşin təsviri:

- İstehsalatda alət və avadanlıqlar vasitəsilə kəsmə və əymə əməliyyatlarını həyata keçirməlidir
- Avadanlıqların təhlükəsiz istifadə olunması üçün zəruri tədbirlər görməlidir
- Borunun kəsilməsi zamanı tələb olunan ölçülərə dəqiq əməl etməlidir, itkilərin minimal həddə olmasını təmin etməlidir
- Yerinə yetirilmiş işlərin keyfiyyətinə zəmanət verməlidir
- Açıq və bağlı anbarlarda boruların, boru detalları və avadanlıqların ştabellərə yığılmasını həyata keçirməlidir
- Alət və avadanlıqların qırılıb sıradan çıxmasına yol verməməlidir
- Demontaj olunması tələb olunan boruları kəsib doğramalıdır və tələb edilən yerə təhvil verməlidir
- V şəkilli uc-uca qaynaq işləri zamanı faskanın açılmasını yerinə yetirməlidir
- Təzyiq altında olan xətlərdə təmir-bərpa işlərini yerinə yetirən zaman təhlükəsizlik tədbirlərinə tam əməl etməlidir

Namizədə qarşı tələblər:

- Mövcud sahədə minimum 1 il işləməlidir
- Çilingər alətlərindən istifadə etməyi bilməlidir
- Fərdi mühafizə vasitələrindən istifadə etməyi bilməlidir
- Boru əymə dəzgahında işləməyi bilməlidir
- Məngənədən istifadə etməklə rezbaaçanla müxtəlif diametrli borular üzərində yivlərin açılması
- Laqunda vasitəsilə boruların verilmiş ölçüdə kəsilməsi
- Dəmir kəsən mişarla borunun kəsilməsi
- Çəkilmiş qaz kəmərlərinin möhkəmliyə və kipliyə pnevmatik sınaq olunması üçün tələb olunan alət və avadanlıqlardan seçilməsi və istifadə olunmasıni bilməlidir
- Borunun qaynaq olunmağa hazırlanmasının təmin edilməsi
- Təmir-bərpa və quraşdırma işlərində texniki təhlükəsizlik qaydalarını bilməlidir.
- İşə davamlı, kollektivdə özünü idarəetmə bacarığı, iş təşkilatçılığı, rəhbərlik xüsusiyyətləri;
- Yaş: 25-40;
- Cinsi: Kişi.

İş haqqında:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: I-V günlər, tam iş vaxtı;
- Həftədə 2 gün istirahət;
- Əmək 600 AZN

Email adress: hr@temizqaz.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP