Elektrik
 
JOB TITLE: Elektrik
EMPLOYER: Ecobox Collection and Recycling DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-07 LAST UPDATED: N/A DEADLINE: 2021-11-02

“Ecobox Collection and Recycling” MMC-nin fəaliyyətinin əsas istiqaməti plastik şüşələrin və alüminium qutuların yığımı və təkrar emalıdır. Xammal materialları dünyanın ən keyfiyyətli avadanlıq istehsalçılarını və texnoloji idarə etmə sistemini özündə birləşdirən müasir avadanlıqlarla emal edilir.

Elektrik

İş barədə məlumat:

• Elektrik avadanlıqlarının xidməti və təmiri;
• Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqları aşkar etmək və zədələnmələri aradan qaldırılmaq;
• Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi;
• İşıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması;
• Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamaq;
• Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi;
• Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
• İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması;
• Elektrik panellərinin və avadanlıqların vaxt aşırı tozdan təmizlənməsi və qulluğu.
• İş rejimi: 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir
• Əmək haqqı: 700 manat (NET)
• Ünvan - Bakı şəhəri

Namizədə tələblər:

• Elektrik avadanlığına texniki xidmət sahəsində 2 illik təcrübəyə malik olmaq;
• Elektrik yarımstansiyasında təcrübəyə malik olan MV (orta voltage) şəhadətnaməsi və ya iş icazəsinə sahib olmaq;
• Diqqətlilik və məsuliyyətlilik;
• Yaş: 25-40

Maraqlananlar CV-lərini hr@ecobox.az elektron ünvanına 01.11.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Elektrik” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP