Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Ricon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-07 LAST UPDATED: N/A DEADLINE: 2021-11-06

Satınalma üzrə mütəxəssis

Namizədə dair tələblər:

• Tikinti materiallarının alınması sahəsində ən azı 3 illik təcrübə
• Müvafiq sahədə bakalavr dərəcəsi
• Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində isə orta səviyyədə bilik
• Yüksək kompüter bacarıqları (MS Word, Excel, Outlook, Internet və digərləri)
• Yerli tikinti bazarının biliyi
• Sürücülük vəsiqəsi -B kateqoriya

Vəzifə öhdəlikləri:

• Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
• Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
• Tender sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
• Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
• Təchizatçıların seçimi və qiymətləndirilməsi;
• Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
• Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
• Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək.

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Satınalma üzrə mütəxəssis” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP