Səbət sürücüsü
 
JOB TITLE: Səbət sürücüsü
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-07 LAST UPDATED: N/A DEADLINE: 2021-11-06

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: Səbət sürücüsü

Vəzifə öhdəlikləri:

• Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
• İşə başlanmazdan əvvəl yol vərəqəsinin tamlığının və düzgünlüyünün nəzərdən keçirilməsi və yalnız tam və düzgün olan yol vərəqələri ilə qarajdan çıxılması;
• İşə başlanmazdan əvvəl maşınının texniki vəziyyətinin nəzərdən keçirilməsi;
• Zavoda qayıtdıqda avtomobili ona aid edilmiş yerdə saxlanılması və istismar vaxtı yaranan nasazlığın aradan qaldırılması;
• Avtomobilinin gündəlik baxışdan keçirilməsi və onların texniki baxışa hazırlanması;
• Avtomobilinin yüklənmə və yükboşaltma yerlərinə düzgün verilməsi qaydalarına riayət edilməsi;
• Avtomobilinin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
• Avtomobilini və qarajın təmiz saxlanılması;
• Avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
• Danışıq və etika qaydalarına riayət edilməsi.

Tələblər:

• Kran sürmək üçün icazə lisenziyası;
• Sürücülük vəsiqəsi (BC);
• Minimum 2 il kran istifadə təcrübəsi.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• Əəmək haqqı: Müsahibə əsasında təyin olunur;
• ARƏM əsasən işə qəbul;
• Əlaqə nömrəsi: 051-201-21-43, 051-201-21-97.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Səbət sürücüsü" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP