Marketinq üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə kiçik mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-08 LAST UPDATED: 2021-10-19 DEADLINE: 2021-10-18

Marketinq üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Strateji inkişaf departamentində Marketinq üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

• Marketinq və ya biznesin təşkili üzrə ali təhsil
• Müvafiq sahədə təcrübə arzuolunandır
• Azərbaycan dili və rus dilini əla səviyyədə bilmək
• Yüksək ünsiyyət qurma, təqdimetmə və komandada işləmək bacarığı
• Məqsədyönlü, məsuliyyətli, yeni ideyalara təşkilatçılıq bacarığına malik olmalı

Marketinq üzrə kiçik mütəxəssis nə iş görür?

• Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasında iştirak etmək
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
• Şirkətin təklif etdiyi məhsul və xidmətin inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək
• Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabatlar təqdim etmək
• İstifadə olunan saytların effektivliyini təhlil etmək
• Partnyorlar ilə birlikdə aksiyaların hazırlanması

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP