Marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-08 LAST UPDATED: N/A DEADLINE: 2021-11-07

Marketinq üzrə mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Strateji inkişaf departamentində Marketinq üzrə mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

• Marketinq sahəsində minimum 1 il iş təcrübəsi
• Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq
• Kommunikasiyalar üçün hədəfə yönəldilmiş kontentin seçilməsi qabiliyyətinə malik olmaq
• Online marketing vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads və s.)
• Kommunikasiya smetalarını tərtib etmək
• Yeni trendləri mütəmadi olaraq izləmək
• Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dilinin bilinməsi arzuolunandır
• Yaradıcı yanaşma, ünsiyyətcil olması və komanda idarə etmə bacarıqları

Marketinq üzrə mütəxəssis nə iş görür?

• Marketinq kommunikasiyaları üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək
• Marketinq kommunikasiyaları ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək
• Vebsaytlar, sosial media, “leads generation”və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq
• Bütün kommunikasiyaların kontentinə nəzarət etmək və lazımi hallarda yaratmaq
• Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək
• Layihələrin icrasında cari menecmenti həyata keçirmək.

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP