Marketinq üzrə baş mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə baş mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-08 LAST UPDATED: N/A DEADLINE: 2021-11-07

Marketinq üzrə baş mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Strateji inkişaf departamentində Marketinq üzrə baş mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

• Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
• Sosial Media Reklamlarının yaradılması və idarə edilməsi üzrə ciddi texniki biliklər
• Rəqəmsal platformalarla iş təcrübəsi, analitik təhlilləri edə bilmək, hesabatlar hazırlamaq
• Online marketing vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads və s.)
• Ciddi təhlil və təqdimat hazırlama bacarığı. Excell biliyinin yaxşı səviyyədə olması
• Marketinq və marketinq kommunikasiyaları barədə məlumatlı olması
• Yaradıcı yanaşma, ünsiyyətcil olması və komanda idarə etmə bacarıqları
• Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (orta)

Marketinq üzrə baş mütəxəssis nə iş görür?

• Komanda ilə müştərilərin əlaqəli işləməsinin təmini, işin gedişinə nəzarət
• Müştərilərin istək və tələblərinin komanda arasında düzgün bölüşdürməsini təşkil etmə və icrasına nəzarət
• Verilmiş tapşırıqların vaxtında icra edilməsinin (deadline) təmini
• Post planlarının hazırlanma prosesinə nəzarət və müştəriyə göndərmədən əvvəl yoxlamaq
• Planların hazırlanması prosesində yaxından iştirak, komandaya istiqamət vermə, müştəridən alınan brifin təkmilləşdirilib komandaya düzgün kommunikasiyası
• Müştərilərin rəqiblərinin mütəmadi təhlili və təkliflərdə nəzərə alınması
• Yeni trendləri izləmək, daim işin detalları barədə məlumatlı olmaq
• Komandanın inkişafını nəzarətdə saxlamaq, təlimlər tapmaq
• Reklamlara və reklam büdcələrinə nəzarət
• Yeni markalar üçün araşdırma aparmaq, təkliflər hazırlamaq
• Problemli situasiyalarda həll təklif etmək

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP