Beynəlxalq əlaqələr üzrə koordinator-tərcüməçi
 
JOB TITLE: Beynəlxalq əlaqələr üzrə koordinator-tərcüməçi
EMPLOYER: Azərbaycan Dövlət Tərcümə Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-08 LAST UPDATED: 2021-10-12 DEADLINE: 2021-11-07

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi beynəlxalq əlaqələr üzrə koordinator-tərcüməçi vəzifəsinə vakansiya elan edir.

İş barədə məlumat:

• Beynəlxalq əlaqələrin qurulması (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.);
• Beynəlxalq təşkilat, qurum və şirkətlərin əməkdaşlığa cəlb olunması;
• Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
• Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
• Təqdim olunan materialların tərcüməsi.
• İş qrafiki: 09.00-18:00, həftədə 5 gün. Şənbə və bazar günü istirahət günüdür.

Namizədə aid tələblər:

• Azərbaycan dilindən başqa, ingilis, rus, alman və ya fransız dillərindən birini mükəmməl bilmək;
• Tərcümə sahəsində təcrübə;
• Sənədlərlə işləmək bacarığı;
• Beynəlxalq təşkilat və qurumlarla iş üzrə təcrübə;
• İşə yaradıcı yanaşma, təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti;
• Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək;
• Komandada işləmək bacarığı;
• Səliqəli və işində dəqiqlik.

Əmək haqqı: 500-900 AZN

Xahiş olunur “vakansiya@adtm.az” elektron ünvanına məktubun mövzu bölümündə vakansiyanın adını (“beynəlxalq əlaqələr üzrə koordinator-tərcüməçi”) qeyd etməklə, CV-ni Azərbaycan dilində göndərəsiniz.

Mob.: +994 55 988 89 30 (İlqar Qarayev, məsul şəxs)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP