İşə qəbul üzrə Aparıcı Mütəxəssis
 
JOB TITLE: İşə qəbul üzrə Aparıcı Mütəxəssis
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-08 LAST UPDATED: N/A DEADLINE: 2021-11-07

Vəzifə: İşə qəbul üzrə Aparıcı Mütəxəssis

Vəzifə öhdəlikləri:

• Biznesin strateji hədəflərinə uyğun işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
• Müsahibə/peşə sınaq imtahanları, iş yeri ilə tanışlıq prosesini təşkil etmək və sənədləşdirmək;
• İşə qəbul ilə bağlı müxtəlif yerləşdirmə proseslərini həyata keçirmək;
• İşə qəbul ilə bağlı müxtəlif yazılı və şifahi müraciətləri cavablandırmaq;
• Kadr ehtiyatı bazasını yaratmaq və idarə etmək;
• İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq, Şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək;
• Namizədlərin təqdim etdikləri məlumatların vakansiyanın tələblərinə uyğunluğunu yoxlamaq;
• Yerli əmək bazarının şərtlərinin, rəqiblərin işçi qüvvəsinin araşdırılması;
• Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması

Tələblər:

• Ali təhsil
• İşə qəbul prosesi üzrə min 2-3 il iş təcrübəsi
• Namizəd seçimi üzrə biliklər
• Əmək bazarının araşdırılması və əmək bazarında olan vəziyyəti dəyərləndirmək bacarığı
• Yüksək kommunikasiya bacarıqları və işgüzar əlaqələrin qurulması bacarığı
• Dürüstlük və şəffaflığın, məxfiliyin qorunması bacarıqları

İş şəraiti:

• İş rejimi: I-V günlər, 09:00-18:00
• Rəqabət qabiliyyətli əmək haqqı
• Şirkət tərəfindən verilən xüsusi imtiyazlar

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İşə qəbul üzrə Aparıcı Mütəxəssis ” qeyd edərək CV-nizi cv@bakuelectronics.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP