Data Engineer
 
JOB TITLE: Data Engineer
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-10 LAST UPDATED: 2021-10-10 DEADLINE: 2021-11-09

Data Engineer

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Data Engineer vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

• 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

• Yüksək səviyyədə azərbaycan və ingilis dili biliyi
• MS Office proqramları üzrə biliklər (Excel-orta və ya yüksək səviyyədə)
• Power BI üzrə biliklər
• SQL, MySQL, PostgreSQL
• Riyazi biliklər və analitik düşüncə
• Detallara qarşı diqqətlilik
• Öyrənməyə həvəsli

Data Engineer nə iş görür?

• Biznes tətbiqetmələri və təhlükəsizliyi üçün verilənlər bazasını dizayn etmək
• Biznes tələblərini müəyyənləşdirmək üçün modelləşdirmə, dizayn və tətbiqetmə mərhələlərində verilənlər bazası strategiyalarını inkişaf etdirmək
• Verilənlər bazasını və bərpa proseslərinin qurulmasını həyata keçirmək

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Data Engineer” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP