Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: AzeriMed LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-11 LAST UPDATED: N/A DEADLINE: 2021-11-10

Şirkət: “AzəriMed“ QSC

Vakansiya: Daxili Auditor

Tələblər:

• Yaş: 20-35;
• Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
• Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
• Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə yaxud audit təcrübəsi arzuolunandır;
• Ezamiyyəyə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
• Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
• Analitik təfəkkür;
• İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
• Komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

• İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
• Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
• Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
• Şirkətdaxili konfidensiallığa riayət olunması;
• Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.

İş şəraiti: Əmək haqqı: 500-600 AZN gross

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP