Mexanika mühəndisi
 
JOB TITLE: Mexanika mühəndisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-11 LAST UPDATED: N/A DEADLINE: 2021-11-10

İş yeri: Agenliyin tabeliyində olan PHŞ

İş saatları: 09:00-18:00
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu

Mexanika mühəndisi

Əmək funksiyaları:

1. Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq
2. Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək
3. Podratçı və subpodratçı müqavilələri əsasında işlərin icrasına və keyfiyyətinə nəzarət etmək
4. Layihə cizgilərinin digər mühəndislik sahələri ilə və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək
5. Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləndiyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək
6. Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq
7. Layihə üzrə iş həcmlərinin çıxarılması
8. Tikinti, elektrik, su çəkilişi (MEP), isitmə-soyutma və havalandırma, o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirmə və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək
9. Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq
10. Layihə büdcəsini və keyfiyyət məqsədlərini təmin etmək üçün podratçılarla mütəmadi görüşlər keçirmək.

Vəzifə tələbləri:

Ali təhsil. İş təcrübəsi: 3 ildən az olmayaraq. Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və xüsusi memarlıq-mühəndislik proqramları (yüksək səviyyədə). Dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

CV-ləri “mexanika mühəndisi” mövzu başlığı ilə agasiyev792@gmail.com ünvanına göndərsinlər. Yalnız birinci mərhələdən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP