Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Inflor MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-11 LAST UPDATED: N/A DEADLINE: 2021-11-10

“İnflor MMC” Tikinti və Satış sahəsində fəaliyyət göstərən bir şirkətdir.

Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən mühasibləri öz ailəsinə qatmağa hazırdır.

Şirkət Maliyyə şöbəsi üzrə “mühasib” vəzifəsinə vakansiya elan edir.

Namizədə dair əsas tələblər:

• Ali təhsil və ya magistr dərəcəsi (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsindən ümumi məlumatı olmalı;
• 1C proqramı ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 1-2 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

Əsas vəzifə və öhdəliklər:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında mühasibat hesabatlarının tərtib olunması;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
• Aylıq öhdəliklərin 1C proqramında aylıq olaraq yoxlanması, işlənməsi, bununla əlaqədar 1C-də satış hesablarına nəzarət edilməsi;

İş şəraiti:

• Həftə ərzində 5 günlük iş qrafiki.
• İş saatı: 08:30-17:30
• Əməkhaqqı 900 - 1000 manat
• Yaş həddi : 23-35
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək hr@ipe.az -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP