İnformasiya Texnologiyaları köməkçisi
 
JOB TITLE: İnformasiya Texnologiyaları köməkçisi
EMPLOYER: Caspian Entertainment Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-11 LAST UPDATED: N/A DEADLINE: 2021-11-10

İnformasiya Texnologiyaları köməkçisi

Vəzifə haqqında:

İnformasiya texnologiyaları köməkçisi şirkətin bütün təsisləri üçün kompüter və texnoloji dəstəyinin təmin edilməsindən, kompüter şəbəkəsinin qurulmasından və ya mövcud kompüter şəbəkəsi ilə bağlı sualların cavablandırılmasından, göstərilən xidmətlərin lazımi səviyyədə olması, şirkət standartları və qaydaları ilə sinxronlaşmasını təmin etməkdən məsuldur.

Vəzifə öhdəlikləri:

• Avadanlıq və proqram təminatının konfiqurasiyası
• Printer və ya marşrutlaşdırıcılar kimi xarici qurğuların quraşdırılması, avadanlıqların təmiri və kompüter şəbəkəsi istifadəçiləri üçün gündəlik dəstək
• Kompüter şəbəkəsi və ya rabitə sistemləri ilə bağlı zənglərə və elektron poçtlara cavab vermək
• Şəbəkə konfiqurasiyaları, periferik spesifikasiyalar, gələcəkdə şirkətin problemlərini daha tez həll etməsinə kömək olması üçün problemlər və həll yollarının ətraflı qeydlərini aparmaq.
• Lazım gəldikdə əməliyyat qrupu üçün dəstək və ya yardım göstərmək

Tələblər:

• İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil
• Bakalavr dərəcəsi və ya ali təhsil
• İT sahəsində minimum 1 illik təcrübə
• MS Windows sahəsində orta bilik
• 5 yerin şəbəkə infrastrukturuna nəzarət etmək üçün orta dərəcədə şəbəkə məlumatlarının olması
• Müştəriyə dəstək vermək bacarığı.
• Kommunikasiya bacarığı yaxşı olmalıdır.

E-mail: hr@caspianentertainment.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP