Logistika rəhbəri
 
JOB TITLE: Logistika rəhbəri
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-11 LAST UPDATED: N/A DEADLINE: 2021-11-10

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: Logistika rəhbəri

İş barədə məlumat:

• Anbar, təchizat və logistika işlərinin (malların qəbulu, saxlanılması, yüklənməsi, göndərilməsi, sayılması və s.) ümumi təşkili və idarə olunması;
• Ölkə xaricindən alınan materialların daşınmasının və anbara təhvil olunması ilə bağlı bütün əməliyyatlara həyata keçirilməsini təşkil etmək
• Avtomatlaşdırılmış anbar proseslərinə nəzarət olunması;
• Anbar üzrə daxil olmaların/çıxarılmaların idarə olunması və daim nəzarətdə saxlanılması;
• Logistika xərclərinin maksimum azaldılması üçün tədbirlərin görülməsi;
• Logistika və anbar proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflərin irəli sürülməsi;
• Logistika ilə bağlı sənədləşmələrin aparılması və təkmilləşdirilməsi;
• Nəqliyyat vasitələrinin effektiv və səmərəli şəkildə idarə olunması;
• Aylıq, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Rəhbərlik tərəfindən aidiyyatı şöbə ilə bağlı verilən digər işlər.

Namizədə tələblər:

• Ali təhsil (İqtisad, logistika və təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür);
• Logistika sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
• MS Office proqramlarını əla səviyyədə bilməli;
• Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
• Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı.

İş şəraiti:

• İş qrafiki: 6 günlük;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
• İş yeri: Bakı şəh., Nərimanov rayonu.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Logistika rəhbəri” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP