Şəbəkə əməliyyat mərkəzinin mütəxəssisi
 
JOB TITLE: Şəbəkə əməliyyat mərkəzinin mütəxəssisi
EMPLOYER: PASHA Technology DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-11 LAST UPDATED: N/A DEADLINE: 2021-10-31

PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” Şəbəkə əməliyyat mərkəzinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

• "PAŞA Technology" MMC-nin Data Mərkəzi obyektləri, hesablama və saxlama sistemlərinə 1-ci səviyyəli yardımın göstərilməsi ;
• "PAŞA Technology" MMC-nin "Windows", "Linux" və "Unix" əməliyyat sistemlərinə əsaslanan İT və bulud sistemlərinin monitorinqi;
• "PAŞA Technology" MMC-nin bulud xidmətləri üzrə təkliflərinin monitorinqi (IaaS, SaaS, PaaS);
• Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün proqram təminatının yaradılması və İT əməliyyatları prinsiplərindən fəal istifadə;
• Şəbəkə əməliyyat mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının və bədbəxt hadisələrin çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
• Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi;
• Şəbəkə əməliyyat mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi;
• Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi;
• İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması;
• Şəbəkə əməliyyat mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
• Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi;
• Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
• Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması ;
• Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində);
• Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün "PAŞA Technology" MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi;
• Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması;
• Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi;
• Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi;
• Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi;
• İnfrastruktur nasazlıqlarının aradan qaldırılması;
• Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bəxbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
• Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması;
• Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün infrastruktur şöbəsinin rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək;
• Bədbəxt hadisələrin infrastruktur şöbəsinin rəhbərinə bildirilməsi;
• Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək;
• "PAŞA Technology" MMC-nin monitorinq sistemlərinin idarə edilməsi və istismarı
• Bədbəxt hadisələrin müəyyən edilməsi, onların ağırlıq dərəcəsini və tələb olunan cavab tədbirini müəyyən etmək üçün təhlil və araşdırmanın aparılması;
• "PAŞA Technology" MMC-nin sistemləri və şəbəkələri üzrə nasazlıqların müəyyən edilməsi və cavab tədbirlərinin görülməsi, müstəqil təchizatçılarla əməkdaşlıq, nasazlıqların məruzə edilməsi və həll olunması;
• Kondisioner, UPS, generatorlar, enerji istehlakı, sağlamlıq, təhlükəsizlik və inzibati-təsərrüfat fəaliyyəti üzrə cari yoxlanışların monitorinqi və idarə olunması yolu ilə avadanlıqların texniki xidmətinin həyata keçirilməsi;
• Şəbəkə əməliyyat mərkəzi üçün müntəzəm əməliyyatlar zamanı istifadə olunan proses və prosedurların məlumat bazası və texniki sənədlərinin saxlanılması;
• Kolokasiya, müştəri üçün ehtiyat surətlərin yaradılması şəbəkəsi və internet xidməti provayderi xidmətləri üçün 1-ci səviyyəli yardımın göstərilməsi;
• Tələb olunduqda 24/7 işə çağırılmağa hazır olmaq;
• Təhlükəsizlik hadisələri zamanı hücumun səviyyəsini və biznesə təsirlərini müəyyən edən, bədbəxt hadisələrin qarşısının alınmasının ən yaxşı yolları, o cümlədən bu cür hadisələrin yenidən baş verməsinin qarşısını almaq üçün sistemlərin gücləndirilməsi və yumşaltma tədbirləri ilə bağlı tövsiyələr verən texniki nasazlıqların məruzə edildiyi şəxs kimi çıxış etməyə hazır olmaq;
• Rotasiya əsasında iş saatlarında əlavə və həftə sonları işə gəlmək tələb olunacaqdır;
• Müştərilərin istismar və sahə işlərini həyata keçirmək üçün bəzi hallarda iş saatlarından əlavə işləmək tələb oluna bilər;

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

• Mühəndislik və ya Texniki sahə üzrə Ali təhsil;
• Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür.

Təcrübə və bacarıqlar:

• Texniki dəstək və ya bənzər rol üzrə minimum 2 il iş təcrübəsi;
• Güclü şəbəkə diaqnostikası bacarıqları;
• "Linux" əməliyyat sisteminin əmr sətri interfeysi üzrə əsas bacarıqlar;
• "Windows" əməliyyat sistemi üzrə əsas bacarıqlar;
• Gərgin fəaliyyət göstərən komandada effektiv çalışmaq, tez öyrənmək və bir çox problemi həll etməyi bacarmaq;
• Güclü analitik bacarıqlar, müxtəlif mənbələrin məlumatlarını müqayisə etmək və şərh etmək qabiliyyəti;
• Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
• Gündəlik əməliyyatlarda dürüst olmaq;
• Əməliyyatların keyfiyyətini təmin etmək;
• Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək;
• İnsanlarla təbii və effektiv şəkildə ünsiyyət qurmaq;

Kompütür Bilikləri:

• "Microsoft Office" proqramlarından istifadə bacarıqları ;
• Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
• Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;

Dil bilikləri:

• İngilis dili - Yaxşı
• Azərbaycan dili - Ana dili
• Rus dili – Yaxşı

Son müraciət tarixi: 30 oktyabr 2021-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni talents@pasha-technology.com ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP