Telemarketinq üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Telemarketinq üzrə kiçik mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-12 LAST UPDATED: N/A DEADLINE: 2021-11-11

Telemarketinq üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Telemarketinq üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

• 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
• Səlis və aydın nitq qabiliyyəti
• Yüksək ünsiyyətqurma və təqdimetmə bacarığı
• Satış və inandırma bacarığı

Telemarketinq üzrə kiçik mütəxəssis nə iş görür?

• Müştərilərə şirkət məhsulları barədə məlumat verilməsi ilə bağlı zənglərin edilməsi və satışının həyata keçirilməsi
• Müştərilər tərəfindən şirkət məhsulları ilə bağlı daxil olan müraciətlərin cavablandırılması
• Müraciətlərin qeydə alınması və düzgün yönləndirilməsi

Əlavə məlumat

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Telemarketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP