Alternativ satış kanalları üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Alternativ satış kanalları üzrə kiçik mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-12 LAST UPDATED: N/A DEADLINE: 2021-11-11

Alternativ satış kanalları üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Alternativ satış kanalları bölməsində Alternativ satış kanalları üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

• 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
• Səlis və aydın nitq qabiliyyəti
• Yüksək ünsiyyətqurma, təqdimetmə, satış bacarığı
• Analitik düşüncə

Alternativ satış kanalları üzrə kiçik mütəxəssis nə iş görür?

• Müştərilərə zəng olunub şirkətin mövcud məhsul və xidmətlərinin satışının həyata keçirilməsi
• Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və şirkət məhsullarına dair məsləhətlərin verilməsi
• Müraciətlərin proqram üzrə qeydə alınması
• Şərtlər üzrə müştərilərin ilkin təhlilinin aparılması
• Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi

Əlavə məlumat

• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Alternativ satış kanalları üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP