Satış Müdiri (Korporativ şöbə)
 
JOB TITLE: Satış Müdiri (Korporativ şöbə)
EMPLOYER: Başak Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-12 LAST UPDATED: N/A DEADLINE: 2021-11-11

ŞİRKƏT HAQQINDA:

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.

Namizədə aid tələblər:

1. Ali təhsil;
2. Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
3. Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
4. Yüksək Microsoft Ofis proqramları biliyi;
5. Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
6. Dürüstlük və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

1. Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
2. Bazarın araşdırılması;
3. Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
4. Müştəri bazasının formalaşdırılması
5. Şirkətin satış həcminin artırılmasına dəstək;
6. Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
7. Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
8. İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
9. Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
10. Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

İş qrafiki:

1. Həftə içi 6 gün saat 09:00-18:00.
2. Əməkhaqqı: 2000 AZN
3. Nahar şirkət tərəfindən verilir,
4. Korporativ nömrə,
5. Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış müdiri” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP