Satınalma üzrə mütəxəssis (Nəqliyyat hissələri)
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis (Nəqliyyat hissələri)
EMPLOYER: Başak Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-12 LAST UPDATED: N/A DEADLINE: 2021-11-11

SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS (Nəqliyyat hissələri)

ŞİRKƏT HAQQINDA:

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.

TƏLƏBLƏR:

• Ali təhsil,
• Nəqliyyat hissələrinin satınalması sahəsində min 2-3 il təcrübə (yalnız bu vəzifə üzrə təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
• Minik avtomobillərinin, yük maşınlarının, ağır texnikanın ehtiyyat hissələrini mükəmməl səviyyədə bilmək,
• Şəxsi avtomobil (amortizasiya xərclərəri qarşılanır),
• Satınalma prinsiplərini bilməli,
• Analitik düşünmə və problemləri həll etmə bacarığı,
• Rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
• MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
• Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı,
• Komandada işləmə bacarığı.

İŞ ŞƏRAİTİ:

• Əmək haqqı: 700 AZN + BONUS (KPİ),
• Nahar şirkət tərəfindən verilir,
• Korporativ nömrə,
• Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
• İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış,

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis (auto)” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP