Texniki dəstək üzrə mütəxəssis
 
JOB TITLE: Texniki dəstək üzrə mütəxəssis
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-12 LAST UPDATED: N/A DEADLINE: 2021-11-11

AFB Bank IT Strukturu Texniki dəstək üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Texniki dəstək üzrə mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;
• Microsoft məhsulları haqqında bilikləri;
• Şəbəkə Texnologiyaları sahəsində biliklər

İŞİN TƏSVİRİ:

• Kompüter avadanlıqlarında, sistemlərdə olan problemlərin və təhlükəsizlik qüsurlarını aradan qaldırmaq;
• Proqram və kompüter avadanlıqlarında ciddi təhlükəsizlik qüsurları olarsa onların ilkin diaqnostikası ilə məşğul olunması və nəticəni uyğun mütəxəssislərə çatdırılmasını təmin etmək;
• Bankda kompüter avadanlıqlarına proqramların qurulması, onlara ilkin təhlükəsizlik xidmətinin göstərilməsi və qüsurların aradan qaldırılmasını təmin etmək;
• Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
• Kompüterlərdəki zəruri informasiyanın arxivləşdirilməsini və zərurət olduqda bərpasını təşkil etmək;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Texniki dəstək üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP