GPON Layihələr üzrə rəhbər
 
JOB TITLE: GPON Layihələr üzrə rəhbər
EMPLOYER: Azinvest Telecom Technology DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-13 LAST UPDATED: 2021-10-13 DEADLINE: 2021-11-12

Vəzifə öhdəlikləri:

- GPON texnologiyası üzrə müvafiq hesabatların və cədvəllərin tərtib edilməsi
- Mütəmadi olaraq audit yoxlamaların aparılması və lazım olan halda ərazidə tədbir görərək dəyişikliklərin yerinə yetirilməsi;
- İslahedici və münasib təkliflərin hazırlanıb təqdim edilməsi;
- Layihə planlarının risklərinin müəyyənləşdirilməsində iştirak etmək, lazım olduğunda aşkarlanan nöqsanları aradan qaldırmaq üçün tövsiyələr vermək və işin düzgün təhvil verilməsinə nəzarət;
- İllik monitorinq planının hazırlanması və həyata keçirilməsi;
- Layihələr üzrə təhvil-təslim işinə nəzarətin həyata keçirilməsi;
- Layihələr üzrə təhvil-təslim aktlarının hazırlanması və onların təkmilləşdirilməsi;
- Layihələr üzrə akt və sənədlərin təhvil-təslimdən əvvəl proseslərə uyğunluğunun yoxlanılması, yoxlamanın nəticələri barədə rəyin rəhbərliyə bildirilməsi;
- Layihələr üzrə təhvil-təslimi haqqında hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Montaj və lehimləmə işləri üzrə standartların hazırlanması və metodiki göstərişlərin mütəmadi olaraq təkmilləşdirilməsi;
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
- Sahələrdən gələn texniki hesabatların yoxlanması
- Layihədəki büdcə risklərin analizi
- Tabeçiliyində olan instruktorların işinə nəzarət;
- Vəzifə icrası ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;
- Layihə sənədlərinə uyğun ümumi rabitə işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
- Layhəyə əsasən iş həcmlərinin çıxarılması
- Əsaslı rabitə çəkilişi işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanmasına nəzarət (Forma 2, Forma 3, Xərc analizi)

Vəzifəyə olan tələblər:

- Təhsil: Ali və texniki təhsil
- Sertifikat arzu olunandır
- Staj Ən azı 5 il iş təcrübəsi
- Dil biliyi Azərbaycan/ rus dillərini bilmək
- Kompüter biliyi MS Office proqramları,
- Xüsusi proqramlar AutoCAD proqramları üstün səvviyyədə (Smeta + , Microsoft Project bilənlərə üstünlük verilir
- Xasiyyət xüsusiyyətləri Ünsiyyət qurma bacarığı, dəqiqlik

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00;
Əmək haqqı:razılaşma yolu ilə

CV-nizi g.hasanova@azinvesttechnology.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını “GPON Layihələr üzrə rəhbər” yazmaqla göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP