Arxiv üzrə təcrübəçi
 
JOB TITLE: Arxiv üzrə təcrübəçi
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-10-13 LAST UPDATED: N/A DEADLINE: 2021-11-12



"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Arxiv üzrə təcrübəçi

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilllərini bilənlərə üstünlük verilir;
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
• MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı;
• Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsi.

Bu təcrübə Sizə nələri qazandıracaq?

• Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
• İşə qəbul və azad olunma proseslərinin aparılması;
• Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
• Satış sahəsində iş proseslərinidərindən öyrənmək imkanı;
• Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/529-arxiv+uzre+tecrubeci

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP