Xidmətlər
Qiymətlər
- 1 iş elanının saytda dərc olunması
- Elanın 30 gün müddətində aktiv qalması
- Şirkət profilinin yaradılması (loqo, şəkillər və şirkət haqqında məlumat)
- Standart paketə daxil olan bütün xidmətlər
- Elanın saytın "Story" bölməsində 72 saat ərzində nümayiş etdirilməsi
- Standart paketə daxil olan bütün xidmətlər
- Elanın "Premium" statusu ilə 24 saat ərzində ön sıralarda yerləşdirilməsi
- Elanın saytın "Story" bölməsində 24 saat ərzində nümayiş etdirilməsi
* Story paylaşımının müddətinin artırılması hər əlavə gün üçün 5 AZN təşkil edir.
Elanlarının Dərc Edilməsi
Elanların dərc olunması üçün aşağıdakı seçimlər mövcuddur:
1. JobSearch.az komandası vasitəsilə
Şirkətinizin adı, fəaliyyət sahəsi və elan haqqında məlumatları info@jobsearch.az ünvanına göndərirsiniz. Elan əməkdaşlarımız tərəfindən hazırlanaraq saytda yerləşdirilir.
Elana müraciət etmiş namizədlərin CV-ri:
- ✔ Birbaşa təqdim etdiyiniz e-poçt ünvanına;
- ✔ Şirkətinizin saytının müvafiq səhifəsinə;
- ✔ Təqdim etdiyiniz digər müraciət linkinə yönləndirilə bilər.
2. Şirkət üçün yaradılan Korporativ Panel vasitəsilə
- Şirkətiniz üçün xüsusi Korporativ Panel yaradılır, bütün müraciətlər həmin paneldə toplanır və sizin şirkətin nümayəndəsi tərəfindən idarə olunur.
Panel vasitəsilə siz:
- ✔ Jobsearch.az saytında elanların yerləşdirilməsi və idarə olunması
- ✔ Namizədlərin axtarışı və seçilməsi
- ✔ Namizədlər üzrə qeydlərin aparılması
- ✔ Müraciətlərin mərhələlər üzrə idarə olunması
- ✔ Namizədlərlə əks əlaqənin qurulması
- ✔ İşə qəbul prosesinin vahid platforma üzərindən idarə olunması imkanlarından istifadə edə bilərsiniz.
Ödəniş Şərtləri
JobSearch.az rəsmi qeydiyyatdan keçmiş şirkət tərəfindən idarə olunur və əməkdaşlıq xidmət müqaviləsi əsasında həyata keçirilir.
- ✔ Yeni müştərilər üçün avans ödənişi tələb oluna bilər.
- ✔ Daimi tərəfdaşlar üçün ödənişlər xidmət göstərildikdən sonra həyata keçirilə bilər.
İstifadə Qaydaları
✔ Qanunvericiliyə zidd fəaliyyət göstərən və beynəlxalq işəqəbul prinsiplərinə uyğun olmayan şirkətlərin elanları qəbul edilmir.
✔ Şirkət elanı anonim dərc edə bilər. Bu halda şirkət məlumatları əvvəlcədən sayt administratoruna təqdim edilməlidir.
✔ Bitmə tarixi göstərilməyən elanlar standart olaraq 30 gün müddətinə yerləşdirilir.
✔ Elanın müddətinin uzadılması əlavə ödəniş əsasında mümkündür.
✔ İş elanı yerləşdirmək üçün saytın "Əlaqə" bölməsindən də istifadə edə bilərsiniz.